ARB TV üzr istədi – SƏBƏBbackend

ARB TV üzr istədi - SƏBƏB

ARB telekanalında 10.01.2026-cı ildə yayımlanmış “Səkkiz” psixoloji kriminal serialının bir epizodunda efir qaydalarına zidd etik normalara uyğun olmayan ifadə səsləndirilib. Bu hal redaksiya nəzarətində yol verilmiş diqqətsizlik nəticəsində meydana çıxıb.

KONKRET.az xəbər verir ki, bunu ARB telekanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mail Əskərov sosial media hesabında paylaşıb.

“Telekanalımız ictimai məsuliyyətini və tamaşaçı etimadını hər zaman üstün tutaraq bu cür halları yolverilməz hesab edir. Sözügedən insidentə görə bütün tamaşaçılarımızdan, xüsusilə də həssaslıq göstərən ictimaiyyət nümayəndələrindən səmimi şəkildə üzr istəyirik.

Məsələ dərhal araşdırılıb və analoji halların təkrarlanmaması üçün əlavə texniki və redaksiya tədbirləri görülüb.

Telekanalımız bundan sonra da qanunvericiliyin, efir etikası prinsiplərinin və ictimai dəyərlərin qorunmasına sadiq qalacaq” – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*