Arçrun, Anuşka, Şuşan: Müharibə təbliğatçıları ilə barışıqdan sonra nə baş verdi?backend

Arçrun, Anuşka, Şuşan: Müharibə təbliğatçıları ilə barışıqdan sonra nə baş verdi?

Bir vaxtlar bu adlar Qarabağdakı müharibədə maraqlı olan ölkələrin informasiya məkanında çox gurultulu səslənirdi.

Bir tərəf onları qələbə memarları hesab edərək bütləşdirirdi, digər tərəf isə tökülən nahaq qanların əsas günahkarlarından hesab edərək lənətləyirdi.

Onlara nüfuzlu KİV-lər istinad etdi, televiziyalarda göstərildilər və dedikləri ən adi söz belə siyasi tok-şouların müzakirə mövzusuna çevrildi. Əslində 44 günlük müharibə Arçrun Ovannisyan, Şuşan Stepanyan və Anna Akopyan üçün şəxsi qələbə günləri oldu.

Bəs yalanları üzə çıxanda onlar nə etdilər? Arçrun Ovanisyan: “Səhv etdim, inandım, gedirəm”, – dedi.

Bir ayda erməni ordusunu tərənnüm və tərif edən “köhnə dostumuz” beləcə qorxaq çıxdı. Və yaxud “ağıllandı”.

Hər kəsin daha böyük məqsədlər uğrunda mübarizə apardığı bir vaxtda Arçrun hiyləgərcəsinə istefa edib, döyüş meydanından qaçdı. İndi bu fərari “böyük” erməni elmini hərəkətə gətirmək və arvadına çoxlu uşaq doğuzdurmaqla məşğuldur. Belə məqamda isə bizə Ovannisyandan İrəvandan dünya elminə töhfələrini, tanınmamış “Artsax” Nobel mükafatı laureatları və vurma cədvəlində şifrələnmiş “Böyük Ermənistan” tarixi ilə bağlı hekayələrini gözləmək qalır.

Ən dəhşətlisi budur ki, Arçrun “həyatını yeni bir nəslin savadlanmasına qurban verəcək”.

Şuşan Stepanyan: “Mən inkişaf etdim, komanda məni bəyəndi, qalıram, – dedi və Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi vəzifəsində qaldı. Xatırladaq ki, bu ilin baharında bu vəzifəyə təyin edilmiş Şuşan Müdafiə Nazirliyinin hazırki rəhbərinin bacısıdır.

Erməni silahlı qüvvələrinin ötən günlərdə məğlub olması bəlli olduqda, onlar da yavaş-yavaş təbliğat yalanlarından uzaqlaşdılar və yaxud PUA-ların vurulması haqqında qısa məlumatlarla məhdudlaşdılar.

Bu gün Stepanyan daha zərərsiz nağıllar danışır.

Anna Akopyana gəldikdə isə…

Annuşka mövqeyinə görə deyil, qarnına görə təbliğatçı idi.

Əri yarım ali təhsilli bir jurnalist olduğu üçün ali təhsilli Annanın üzərinə daha çox yük düşürdü. Artıq təhlükə “redaksiyanın mövqeyi” üçün deyil, ölkə liderinin kreslosu üçün idi.

Bu səbəbdən Akopyan təbliğatını bir an da azaltmır. Hələ də erotik briqadasının bir hissəsi olaraq “döyüşür”. Harada və necə döyüşdüyü isə bilinmir, ancaq fəaliyyət göstərdiyi ərazidən davamlı mesajlar gəlir.

O, bir neçə gün əvvəl Nikola üz tutaraq nə edəcəyini soruşdu. Nikolsa ona “olduğun yerdə qal” cavabını verdi.

Anna sonuncu dəfə 3 gün əvvəl sosial səhifəsində müraciət yayımladı. Müraciətdə deyilir: “Məni Yerevanda axtardıqlarını dedilər. Nə etdiyim, harada olduğum maraqlıdır. Başqa bir yerə getmədiyimi söyləmək istəyirəm: mövqeyimizi bizə tapşırılmış vəziyyətdə saxlamağa davam edirik. Orada dayanırıq. Bizə düşmənin şahin təxribatçılarının ərazimizə girməsinin mümkün olduğu dərəyə nəzarət etmək həvalə olunub.

Buranı nəzarətdə saxlamağımız və lazım gələrsə, zərərsizləşdirməyimiz tapşırılıb. Bilirəm ki, bu dövrdə böyük bir müzakirələr baş verir. Niyə vətəni müdafiəsiz qoyduğmuzu düşünənlər bilsin: biz lazım olan yerdə və lazım olan addımı atmağı çox yaxşı bilirik”.

Yəni dediyinə görə, Anuşka boş durmayıb. Qarabağda özünə bir mövqe seçərək İrəvandakı qəzəbli izdihamdan gizlənmir, əksinə bəzi dərələri Azərbaycan “təxribatçılarından” qoruyur.

P.S: Məqaləni yazarkən Akopyandan yeni bir mesaj gəldi. Mesajın mənasını yaxşı başa düşmədim. Amma mesaja əlavə olunan fotoşəkillər onun nə demək istədiyini aydınlatdı. Fotoşəkillərdə istehkamların tikintisini görürük. Eyni zamanda , “döyüşçü” qadınların pikniki və iməciliyi də fotolarda yer alıb. Bununla da Anuşka demək istəyir ki, müharibə hələ qurtarmayıb.

Mənbə: “Визит в Азербайджан

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*