Arda Gülər “Real”a transferindən danışdıbackend

Arda Gülər “Real”a transferindən danışdı

“Real”ın yeni transferi Arda Gülər Madrid klubuna keçidi ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi bu barədə təqdimat mərasimində danışıb:

“Həyatımın ən xüsusi günüdür. Bura gəlməyimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. “Real”ın əfsanəsi olmaq istəyirəm. Bura oynamağa gəlmişəm. Baş məşqçi və klub prezidenti transferimi istədi, ona görə seçimim belə oldu. Yarımmüdafiədə və sağ cinahda oynaya bilirəm. Mövqeyimin fərqi yoxdur. Rəqabətə hazıram”.

Qeyd edək ki, “Real” “Fənərbaxça”dan transfer etdiyi Türkiyə millisinin üzvü ilə 6 illik müqavilə imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*