Arda Gülər matçdan sonra Türk xalqından üzr istəyib.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, UEFA Millətlər B Liqasında Türkiyə millisi Monteneqroya 3-1 hesabı ilə uduzub.
Matçdan sonra Arda Gülər açıqlama verib:
“Çox danışacaq şey yoxdur. Türkiyə xalqından üzr istəyirik. Martda pley-off oynayıb, A Liqasına vəsiqə qazanmağa çalışacağıq. Hakan Çalhanoğlu kimi əsas oyunçumuz oynamadı. O olsaydı, fərqli ola bilərdi. İndi alınmadı, hər kəsdən üzr istəyirik”./milliaz