Ardaya “pis xəbər” – Alonso yeni Modriçi TAPDIbackend

Ardaya "pis xəbər" - Alonso yeni Modriçi TAPDI

“Real Madrid”ə baş məşqçi təyin olunan Xabi Alonso yeni transferlerə xüsusi diqqət ayırır.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, mütəxəssis axtardığı oyunçunu Niderlandda tapıb. “Real” üçün yeni Luka Modriç adlandırılan futbolçu 19 yaşlılar arasında Avropa çempionatının ən yaxşı oyunçusu olmuş “AZ”ın yarımmüdafiəçisi Kes Smiti transfer edəcəyi bildirilir.

“Barselona” da maraqlandığı oyunçu Madrid klubu tərəfindən diqqətlə izlənir. “Real”da oynamağa həvəsli olan Keesin klubu ilə müqaviləsi 2028-ci ilin iyununda başa çatır.

Bir çox futbol mütəxəssisi tərəfindən Arda Gülərin Modriçi əvəz ediləcəyi gözlənilsə də, sözügedən transferin baş tutacağı təqdirdə türk ulduzun hansı mövqedə oynayacağı maraq doğurub.

Qeyd edək ki, transfer məbləği 25 milyon avro dəyərləndirilən futbolçuya “Ayaks”la PSV də “elçi düşüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*