ARDNF-in aktivləri 55 milyard dollara yaxınlaşdıbackend

ARDNF-in aktivləri 55 milyard dollara yaxınlaşdı

Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) aktivləri 12 % artaraq bu il iyulun 1-nə 54 milyard 915,1 milyon ABŞ dolları təşkil edib.

KONKRET.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında ARDNF-in büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərcləri isə 2 milyard 680,8 milyon manat təşkil edib.

Rüb ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 8 milyard 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 854,6 milyon manat, bonus ödənişlərindən 765,3 milyon manat, tranzitdən 0,8 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından gəlirləri isə 3 077,1 milyon manat olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*