Argentinada fövqəladə vəziyyət elan edilibbackend

Argentinada fövqəladə vəziyyət elan edilib

Argentina prezidenti Xavyer Miley 2025-ci ilin sonuna qədər iqtisadiyyat, səhiyyə və sosial sektorlarda fövqəladə vəziyyət elan edib.

KONKRET.az xəbər verir ki, fərman Argentinanın hökumət qəzetlərində dərc olunub.

Sənəddə 2025-ci ilin sonunadək iqtisadi, maliyyə, fiskal, inzibati, pensiya, tarif və sosial sahələrdə, o cümlədən səhiyyə sahəsində fövqəladə vəziyyətin elan edilməsinin zəruriliyi qeyd edilib. Miley iqtisadiyyatın liberallaşdırılması və tənzimlənməsinin dayandırılmasına yönəlmiş islahatlar paketinin Konqresdən ayrıca keçməsinə haqq qazandırmaq üçün fövqəladə vəziyyətin elan edilməsinin zəruriliyini bildirib. Fərmanda 360-dan çox maddə var ki, onların bir çoxu qüvvədə olan qanunları ləğv edir. Fərman yalnız parlamentin hər iki palatası onu etibarsız saydığı halda ləğv edilə bilər. Argentina hakimiyyətinə qarşı etiraz edənlər Buenos-Ayresdə küçəni bağlayıblar. Dövlət başçısı qiymət nəzarətinin aradan qaldırılması, beynəlxalq ticarətin sadələşdirilməsi üçün gömrük qaydalarının islahatı, dövlət şirkətlərinin özəlləşdirilməsinə hazırlıq və ixrac məhdudiyyətlərinin tətbiqinə qadağa kimi 30 əsas islahat sadalayıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*