Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaqbackend

Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq

Xalq artisti Arif Babayevlə vida mərasiminin yeri və saatı məlum olub.

Mədəniyyət Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, mərasim saat 13:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Daha sonra xanəndə Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Xalq artisti iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisəsinə təxliyə edilib. Avqustun 1-i səhər saatlarında vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*