Arif Məmmədovun dəfn yeri açıqlandıbackend

Arif Məmmədovun dəfn yeri açıqlandı

Türkiyədə vəfat edən Azərbaycan Karate – Do Federasiyasının prezidenti Arif Məmmədov Gəncə şəhərində dəfn olunacaq.

KONKRET.az report-a istinadən xəbər verir ki, onun nəşi bu gecə Bakı şəhərinə, oradan isə doğulub, boya-başa çatdığı Gəncə şəhərindəki ata evinə aparılacaq.

Mərhum köhnə Səbiskar adlanan qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, 47 yaşlı A.Məmmədov karate üzrə üçqat dünya və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi. 2014-cü ildə “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası”, 2015-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adlarına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*