Hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə verib.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Şura sədri Bakı İnzibati Məhkəməsinə müraciət edib.
Belə ki, Milli Məclisin sabiq deputatı Arif Rəhimzadə torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.
İş hakim Mehriban Qarayevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: sabiq deputat Arif Rəhimzadə kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.