“Ermənistan hakimiyyəti ölkəmizi parça-parça edənlər üçün yağlı tikədir”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan özünün “Telegram” kanalında yazıb.
Onun fikirincə bütün geosiyasi oyunçulara, güc mərkəzlərinə, nüfuzlu siyasi birliklərə “erməni məsələsi”nin bağlanması sərfəlidir: “Daha dünya Ermənistan və ermənilər üçün baş ağrısı çəkməyəcək. İndi hər kəs rahatdır. Hər yerdə dövlətimizin bölünməsi ətrafında müəyyən beynəlxalq konsensus formalaşıb. Ermənistan anklavlara və dəhlizlərlə bölünərək bizdən qoparılacaq . Biz beynəlxalq güclərin təsir zonasından çıxa bilmirik.
Ermənistan hakimiyyəti ölkəmizi parça-parça edənlərin hamısı üçün yağlı tikədir.Ermənilər özlərinə nifrət edirlər, doğulduqları yerə görə bəzi qruplara bölünüblər. Ermənilər özlərini müdafiə etmək istəmirlər, ermənilər öz şəxsiyyətlərini, dövlət maraqlarını, yaddaşlarını, tarixini, şərəf və ləyaqətlərini könüllü olaraq onları öldürən şəxslərlə “sülh münasibətlərinə” dəyişməyə razılıq veriblər. Bu sözləri çox sərt ifadə etdim. Amma ətrafdakıların hamısı bizim haqqımızda belə düşünür və indi baş verənlərə görə günahı yalnız hökumətin üzərinə atmaq ağısızlıqdır. Erməni dövlətçiliyi məhv olmaq üzrədir və bu, bizim sonumuzdur”.
Vəli Həsənov,
KONKRET.az