Arman Abovyan: “Ermənistan böyük geosiyasi oyunların səhnəsinə çevrilir”backend

Arman Abovyan: “Ermənistan böyük geosiyasi oyunların səhnəsinə çevrilir”

“Ermənistan ətrafında sürətlə inkişaf edən proseslər göstərir ki, ölkəmiz indiki hakimiyyətin “yüngül əli” ilə böyük geosiyasi oyunçuların səhnəsinə çevrilmişik”.

KONKRET.az xəbər verir ki, bu barədə Arman Abovyan bildirib.

Onun sözlərinə görə, indiki iqtidar “Ölkəni təhdid edən riskləri neytrallaşdırmaq üçün yorulmadan mübarizə aparır” nağılları ilə xalqı aldadır:

“Artıq aydındır ki, indiki hakimiyyət yalnız və yalnız xarici oyunçuların iradəsini yerinə yetirir və o, bunu o qədər açıq şəkildə həyata keçirməyə qadirdir ki, onların xarici cəbhədə total siyasi tənəzzülünə heyran qalırsan.

Mən başa düşürəm ki, məxməri “xilaskarlar” çox güman ki, tərəfdaşlarının “istəklərini” yerinə yetirməklə törətdikləri nəticələrə dərindən baxmırlar, amma ən son absurd Ermənistan ərazisində Qərblə münaqişənin qızışdırılmasıdır”.

Qarabağı dağıtmaq, ölkəni fiziki məhv olmaq təhlükəsi ilə üz-üzə gətirmək, Qərbə yaltaqlanmaq, Şərqə tüpürmək üçün Türkiyə-Azərbaycan tandeminə kart-blanş vermək Paşinyan komandasının siyasi məntiqindən irəli gəlir.

Sevinc Paşayeva,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*