Armen Aşotyan daha üç ay həbsdə qalacaqbackend

Armen Aşotyan daha üç ay həbsdə qalacaq

Armen Aşotyan daha üç ay həbsdə qalacaq.

KONKRET.az xəbər verir ki, məhkəmə vəkillərin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Armen Aşotyana qarşı seçilmiş həbs-qətimkan tədbirinin ləğvi və ya dəyişdirilməsi barədə vəsatət qaldıran vəkil Ruben Melikyan məhkəmə iclası zamanı deyib: “Həbs müddətinin uzadılmasına və həbsin davam etdirilməsinə haqq qazandıran heç bir əsas yoxdur”.

Ruben Melikyan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətin əsaslarını təqdim edib.

Lakin buna baxmayaraq, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi həbs qətimkan tədbirini uzadıb: Hakim Vahe Dolmazyan Aşotyanın vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*