Hollivud ulduzu Arnold Şvarsnegger on il davam edən məhkəmə prosesindən sonra həyat yoldaşı Mariya Şrayverdən rəsmən boşanıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məhkəmənin belə uzun sürməsi əmlak bölgüsü ilə bağlı mübahisələrin həllinin çətinliyi ilə izah edilib. Məhkəmə çəkişməsində təxminən 400 milyon dollarlıq əmlak mübahisəsi yaranıb. Nəticədə əmlak demək olar ki, yarıya bölünüb.
Qeyd edək ki, cütlük 2011-ci ildə mediada Şvarsneggerin xadimədən oğlu olması xəbərinin yayılmasından sonra ayrıldıqlarını açıqlamışdılar. 1986-cı ildə ailə quran cütlüyün dörd övladı var.