“Arsax elitasının səbri aşıb-daşır, qarşıdurma realdır” – Melikyanbackend

"Arsax elitasının səbri aşıb-daşır, qarşıdurma realdır" - Melikyan

“Arsax elitasının səbri aşıb-daşır, qarşıdurma realdır”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə  “Arsaxın keçmiş ombudsmanı”, hüquq müdafiəçisi Ruben Melikyan öz Facebook səhifəsində yazıb. O, “Arsax”da hər kəsin nə baş verdiyini anlamağa çalışdığını bildirib.

“Düzdür, Arsaxdakı əlaqələrim sayəsində mən geniş ictimaiyyət üçün mövcud olandan bir qədər çox məlumatım var, lakin mən özümü hər şeyi bilən kimi göstərməyə və hər şeyi başa düşmədiyimi səmimi etiraf etməyə hazırlaşmıram.
Bununla belə, mən bir sıra müddəaları formalaşdırmaq hüququnu özümdə saxlayıram:

Bütün Arsax elitasının səbri aşıb-daşır. “23,65%” istisna olmaqla.
Qarşıdurma realdır, “quraşdırılmış” deyil.
Arsax ermənilərinin böyük əksəriyyəti (99% və daha çox) kapitulyantın düşmən agentinə və ortağına çevrildiyini yaxşı bilir.

Bir sıra əsas aktyorlara qarşı sərt “sualların” olmasına baxmayaraq, mən bu oyanış prosesini alqışlayıram”, – deyə Melikyan yazıb.

Qeyd edək ki, son günlər Ermənistan hakimiyyəti ilə “Arsax” arasında soyuq müharibə gedir. Ermənistan rəhbərliyi dolayısı yolla Qarabağdan əlini çəkdiyini bildirir, separatçılar isə buna etirazlarını bildirərək müxtəlif boş-boş bəyanatlar verirlər.

“Qarşıdurma realdır, “quraşdırılmış” deyil””, – mesajı kimədir, kiminlə qarşı-qarşıya duracaqlar? Kimə güvənərək bu cür axmaq bəyanatlar verirlər?

Xuraman Etibarlı, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*