“Arsaxı bərpa etmək üçün bir fürsətimiz var” – Koçaryandan sərsəm AÇIQLAMAbackend

“Arsaxı bərpa etmək üçün bir fürsətimiz var” – Koçaryandan sərsəm AÇIQLAMA

“Arsaxı” heç olmasa Dağlıq Qarabağ Muxtar Vilayəti çərçivəsində bərpa edə bilmək üçün əlimdə kifayət qədər əsasım var”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sərsəm açıqlama ilə Ermənistanın sabiq prezidenti olmuş Robert Koçaryan çıxış edib.

Seçkiöncəsi publikaya hesablanmış bu populist çıxışında Koçaryan Rusiya sülhməramlılarının fəaliyyətindən də danışıb:

“Ən böyük problem 9 Noyabr bəyannaməsinə əsasən sülhməramlıların 5 il müddətinə yerləşdirilməsidir. Yəni 4,5 ildən sonra Azərbaycan tərəfi Rusiya sülhməramlılarının geri çəkilməsini tələb edə bilər. Bu, bir çox qeyri-müəyyənlik yaradır. Hər şeydən öncə bunun baş verməyəcəyinə dair zəmanət almalıyıq”-deyə Koçaryan vurğulayıb.

Koçaryan deyib ki, guya danışıqlar prosesinə çox zəif mövqedən yanaşırlar: “Ordunun gücləndirilməsini və bərpası danışıqlar prosesi ilə əlaqəlidir. Ordunu nə qədər tez bərpa etsək, mövqelərimiz bir o qədər güclü olacaq ”- deyə Koçaryan yalnız söz yığınından ibarət olan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*