Arsen Babayan Paşinyanı ali təhsil almadığına görə lağa qoydubackend

Arsen Babayan Paşinyanı ali təhsil almadığına görə lağa qoydu

Nikol Paşinyanın söylədiyi fikirlərlə razılaşmağım son dərəcə nadirdir. Bu nadir hallardan biri odur ki, təhsil almadan “Mercedes-Benz G-Class” ala bilərsiniz, amma təhsil almadan bu “Mercedes-Benz G-Class”ı yaratmaq mümkün deyil.

KONKRET.az xəbər verir ki, bu barədə “Vətən” partiyasının İdarə Heyətinin üzvü Arsen Babayan öz Facebook səhifəsində yazıb.

“Üstəlik, təhsil olmadan baş nazir ola bilərsən, ancaq təhsil olmadan dövlətə rəhbərlik etmək mümkün deyil. Bu iki tezis tarix tərəfindən sübut edildi” deyə Arsen Babayan əlavə edib.

Qeyd edək ki, Paşinyan 1991-ci ildən 1995-i ilədək İrəvan Dövlət Universitetində jurnalistika fakültəsində təhsil alıb. Əlaçı tələbə olmasına baxmayaraq, Universitet rəhbərliyini açıq şəkildə tənqid etməsinə görə onu məzun olmasından bir az qabaq universitetdən qovublar.

Babək Göyüş                       

KONKRET.az

  • Zamina Elturan
    Sentyabr 15, 2020 - 15:08

    Yarımçıq ali təhsillə Paşinyan vəzifə kürsüsündə necə əyləşib??

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*