“Silah satışı səssizcə baş verir” – Zakaryanbackend

"Silah satışı səssizcə baş verir" - Zakaryan

“Silah satışı səssizcə baş verir. Bu barədə razılaşmalar, bəyanatlar ola bilər, amma dəqiq informasiya yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O bildirib ki, hakimiyyət orqanları hələ mövcud olmayan məlumatları vaxtından əvvəl yayırlar.

“Ona görə də mənim və başqalarının güman etmək haqqımız var ki, bütün bunlar təbliğat tədbirləridir. Onlar xalqın növbəti dəfə aldadılması prosesini həyata keçirirlər”, – deyə Zakaryan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*