“Artıq çoxdandır ki, “Mersedes” markalı maşından istifadə etmirəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
Onun sözlərinə görə, uzun müddətdir ki, o xidməti maşın kimi “Aurus”dan istifadə edir. O bundan qürur duyduğunu deyib.
Qeyd edək ki, 2023-cü ildə rəsmi dilerdən yeni Aurus avtomobilinin qiyməti 36.585.000 rubl təşkil edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az