Artur Xaçikyan: “Bizi aldatdılar, Qərb isə İlham Əliyevi etibarlı tərəfdaş elan etdi”backend

Artur Xaçikyan: "Bizi aldatdılar, Qərb isə İlham Əliyevi etibarlı tərəfdaş elan etdi"

Ermənistanın məğlubiyyətini analiz edən siyasi ekspertlər hesab edirlər ki, ölkənin bu druma düşməsinə səbəb bir neçə qrupun müxtəlif təşkilarlardan aldıqları qrantlardır. Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan özünün “Teleqram” kanalında bunlar barədə yazıb və Ermənistanda son bir neçə ildə bir qrup təşviqatçının – yaydığı yalan vədlərin və nağılların siyahısını tərtib edib:

1. Pelosinin səfəri o deməkdir ki, ABŞ bizə kömək edəcək.

2. Makronun ermənilərə dəstək verməsi ilə bağlı erməni dilində açıqlamaları və təsirli yazıları Fransanın bizə kömək edəcəyi anlamına gəlir. (Makron heç bir sanksiyaların olmayacağını bəyan etdi, Qarabağın etnik təmizlənməsinə məhəl qoymadı və Ukrayna, Özbəkistan, Qazaxıstandan fərqli olaraq Ermənistana səfər etmədi.)

3. Biz demokratik ölkə olduğumuz üçün demokratik qərb bizə kömək edəcək. Əvəzində isə Qərb İlham Əliyevi etibarlı tərəfdaş elan etdi.

4. Laçın dəhlizinin açılması ilə bağlı Haaqa Məhkəməsinin qərarı və beynəlxalq ictimaiyyətin təzyiqi bizə kömək edəcək.

5. Əgər biz Rusiyanın müttəfiqi olmasaq və KTMT-dən çıxsaq, Qərb bizə kömək edəcək. (Fransa simvolik yardım göstərdi, halbuki biz hələ də Rusiyanın müttəfiqi sayılırıq və hələ də KTMT-dəyik. Azərbaycan Rusiyanın rəsmi tərəfdaşıdır, lakin ABŞ-dan hərbi yardım alır.)

6. Qərb Ukraynaya kömək etdiyi kimi bizə də kömək edəcək. (Qərb Ukraynaya 250 milyard dollar və ən müasir silahlar verdi, amma indi Ukraynanı tərk edir, onu düşmənlə baş-başa qoyur, pulun bitdiyini deyir)

7. Avropalı müşahidəçilər təhlükəsizliyimizi təmin etməklə bizə kömək edəcəklər. (Avropalı müşahidəçilər nə Ermənistana, nə də Qarabağa kömək etmədilər)

8. Zəlzələ zamanı Türkiyəyə “qardaş” yardımı münasibətlərin yaxşılaşmasına səbəb oldu. (Türkiyə yardımı qəbul etdi, sonra da Azərbaycana erməniləri Qarabağdan qovmağa kömək etdi və daha sərt, anti-erməni mövqeyi tutdu)

9. Qərb Qarabağın etnik təmizlənməsinə icazə verməyəcək. Dövlət Departamenti və Avropa Parlamenti sərt bəyanatlar qəbul edəcək. (Qərb ermənilərin qovulmasına icazə verdi və etnik təmizləmənin baş verdiyini tanımaqdan imtina etdi. Qərb hökumətləri baş verənləri soyqırım adlandıran Okamponun məşhur hesabatından sonra da Qarabağın blokadasına məhəl qoymadılar)

10. Ermənistana hücum və ya Qarabağda etnik təmizləmə olarsa, Qərb sanksiyalar tətbiq edəcək. (Qərb hökumətləri heç bir sanksiya olmayacağını bəyan etdilər)

11. Qonşularımızla dinc yaşamaq üçün Qarabağı təslim etməliyik. (Qarabağın ölümündən sonra Azərbaycan Ermənistana yeni tələblər irəli sürdü. Onlar anklavları, dəhlizləri və azərbaycanlıların Ermənistan ərazisinə qayıtmasını tələb edirlər)

12. Biz Qərblə birlikdə olsaq, bizə kömək gələcək. (Qərb ermənilərin etnik təmizləməsini səssizcə qəbul etdi, Azərbaycanı cəzalandırmaq üçün heç bir iş görmədi və neft ehtiyatlarına görə Azərbaycanı Qafqazda əsas müttəfiqi elan etdi)

13. Fransa bizə hərbi yardım etdi. (Fransa Ermənistana özünün 23 il əvvəl imtina etdiyi, Rusiya ilə müharibədə ukraynlıların işinə yaramayan, şəxsi heyəti mərmilərdən, raketlərdən və ya PUA-lardan qoruya bilməyən, sülhməramlı və kəşfiyyat missiyaları üçün ən kasıb Afrika ölkələrinə ixrac edilən döyüş maşınları göndərdi)

14. Demokratik Qərb və sivil dünya birliyi Ermənistanın gələcəyidir dedilər. (Demokratik Qərb Ukraynanı müharibəyə təhrik etdi, ukraynalılar 2020-ci ilin yazında sülh danışıqlarını dayandırmağa məcbur olundular. İndi isə onu öz taleyi ilə üz-üzə buraxdılar. Qərb hətta 1947-ci ildə BMT tərəfindən tanınan Fələstin əhalisinin soyqırımını, dinc əhalinin öz ərazisində məhv edilməsini səssizcə qəbul edir. Qurbanların sayı 20 minə çatıb, bunların əksəriyyəti də uşaqlardır. ABŞ Hökuməti İsrail ordusuna fəal kömək göstərməkdə, fələstinlilərin soyqırımına məhəl qoymamaqda və dünya ictimaiyyətinin müharibəni dayandırmaq cəhdlərinin qarşısını almaqda davam edir.)

15. Qonşularla sülh müqaviləsi bizi gələcəkdə müharibədən qoruyacaq. (9 noyabr 2020-ci il tarixli müqavilə bağlandıqdan cəmi 3 il, 2014-cü il Minsk razılaşmaları 6 il sonra pozulub və Almaniya, Fransa liderləri bu vaxtdan yeni müharibəyə hazırlaşmaq üçün istifadə etdiklərini etiraf ediblər)

16. Qərb beynəlxalq səviyyədə tanınmayan Qarabağda etnik təmizləməni qəbul etdi, görəsən beynəlxalq səviyyədə tanınan Ermənistan ərazisinin işğalına necə reaksiya verəcək?”

Vəli Həsənov,

KONKRET.az

  • Nizami
    Dekabr 25, 2023 - 18:26

    Ermənilərin yalanlarına və utopiyalarina dunya birliyi və Qərb ölkələri yox dedi. Onlar istəməsələr belə Azərbaycanın haqlı mövqeyini dəstəkləməli olurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*