Artur Xaçikyan: “Fransa bizi üç konfetlə aldadır”backend

Artur Xaçikyan: "Fransa bizi üç konfetlə aldadır"

Ermənistanda Paşinyan hakimiyyətini tənqid edən siyasi qüvvələr onu yarıtmaz dövlət adamı kimi xarakterizə edirlər. Siyasi ekspertlər Paşinyanı ölkənin məğlubiyyətlərində ittiham edərək, onu ikiüzlü demokrat adlandırırlar.

KONKRET.az xəbər verir ki, Ermənistanın Fransa ilə münasibətlərinə toxunan siyasi elmlər doktoru Artur Xaçikyan bildirib ki, hərbi-siyasi əməkdaşlığın genişləndirilməsinin və Ermənistana tədarükün şaxələndirilməsinin tərəfdarıdır. Lakin fakt budur ki, əməkdaşlıq regionda strateji maraqları olan ölkələrlə razılaşdırılmalıdır: “Fransanın Ermənistana silah tədarükü ilə bağlı atdığı addım simvolik xarakterlidir və Fransadakı erməni icmasına dəstək məqsədi daşıyır. İranın regionda, xüsusən də Ermənistanda real maraqları var. Bizə İran kimi bir müttəfiq lazımdır. Fransa isə bizi ana uşağını aldadan kimi üç konfetlə aldadır. Ermənistana üç radar göndərməklə bizi uşaq yerinə qoyur. İndi Ermənistana vəziyyəti dəyişə biləcək real hərbi yardım lazımdır”.

Xaçikyan əlavə edib ki, Ermənistanın ciddi problemləri var və Qərbin bu cür əməkdaşlığı onu narahat edir: “Bizim məsələyə uşaq kimi yanaşmamız var. Əgər Qərb bizə snikers verirsə, biz həmişə Qərbin yanında olmalıyıq. Bizim problemimiz hərbi-siyasi əməkdaşlığı Qərbin həyat tərzindən ayıra bilməməkdir”.

Xaçikyan qeyd edib ki, Ermənistan öz mövqeyini Qərbə izah edə və İranla hərbi əməkdaşlıqla bağlı hər hansı sanksiyalardan yayına bilərdi: “Bu gün bizim sevimli Qərbimiz, o cümlədən Fransa Qarabağda etnik təmizləmə faktını belə tanımır. 120 min insan bir gündə Ermənistana köçmək qərarına gəlib. Bu, ikiüzlülük deyilsə, adını nə qoyaq? İstəyirəm ki, hamı bu kinsizliyin dərəcəsini ayıq şəkildə qiymətləndirsin. Mən bəzən fikirləşirəm ki, ikiüzlü demokratdansa, vicdanlı diktator daha yaxşıdır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*