“Fələstin məsələsində Rusiya kifayət qədər balanslı yanaşma nümayiş etdirir və bir çox məsələlərdə İsrailin soyqırım hərəkətlərindən daha çox Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır. Bu, xarici siyasətin əsasını təşkil edir və Qərb təbii olaraq Rusiyada da terrorun həyata keçməsində maraqlı olub. Amerika və Britaniya Rusiyada keçiriləcək prezident seçkilərində terror etmək istəyib. Seçkilər zamanı terror aktı törətmək mümkün olmayıb, yəqin ki, həmin dövrdə Rusiya xüsusi xidmət orqanları daha intensiv işləyirdi”.
KONKRET.az xəbər verir ki, bu sözləri Şəbəkə Tədqiqatları İnstitutunun direktoru, politoloq Qaqik Arutyunyan bildirib.
Onun sözlərinə görə, Moskvada baş verənlər həm də informasiya terrorudur:
“Bu, Qərblə Rusiya Federasiyası arasında gedən hibrid müharibənin davamıdır. Belqorodda baş verənlərə diqqət yetirin. Bu, Qərbin Rusiyaya qarşı apardığı müharibənin davamıdır”, – politoloq əlavə edib.
Qaqik Arutyunyan bildirib ki, bu gün Rusiya ilə Ukrayna deyil, Qərb və anqlosakslarla müharibə aparır.
Hesab edirəm ki, indi Rusiya müxtəlif problemlərə xüsusi diqqət yetirəcək, xüsusi təyinatlılar öz işlərini daha sərt rejimdə həyata keçirəcəklər.
Mən özüm də seçkilərdən dərhal sonra Rusiya Federasiyasının prezidentindən Qərbə qarşı sərt tədbirlər gözləyirdim. Amma indi bütün bunlardan sonra Putinin əlləri boşaldı, o, daha sərbəst hərəkət edə bilər ki, bu terrorun davamı olmasın və regional terrorizmə çevrilməsin”.
Natiq Səlim,
KONKRET.az