Arutyunyan təcili Moskvaya gedir: “Bu, Arayikin sonuncu rəsmi gedişi ola bilər” – AÇIQLAMAbackend

Arutyunyan təcili Moskvaya gedir: “Bu, Arayikin sonuncu rəsmi gedişi ola bilər” - AÇIQLAMA

“Arayik Arutyunyan da Moskvaya gedir. Amma bu onun sonuncu rəsmi gedişi ola bilər.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov fikir səsləndirib. O bildirib ki, Qagik İsaxanyanın Nikol Paşinyan tərəfindən Qarabağa göndərilməsi Ermənistanda birmənalı qarşılanmayıb: “Siyasi qüvvələr arasında qondarma qurumun rəhbəri adlandırılan Arayik Arutyunyanın tezliklə əlindəki səlahiyyətlərdən məhrum ediləcəyi haqqında məlumatlar dolaşmaqdadır. Xankəndidə ilişib qalan ermənilər arasında bu “rəhbərə” narazılığın son həddə çatması haqqında artıq yetərincə məlumat var. Digər tərəfdən Azərbaycanla münasibətlərin müsbət istiqamətdə inkişafı, bu şəxsin səlahiyyətlərinin əlindən alınaraq Xankəndidən uzaqlaşdırılmasını tələb edir. Əks halda yenidən hakimiyyət olimpinə oturacaq Paşinyan üçün vəziyyətə nəzarət etmək olduqca çətinləşəcək. Digər tərəfdən Paşinyanın İrəvanda olan Qarabağ erməni klanı ilə əlaqələndirici funksiyasını yerinə yetirən Arutyunyanın aradan çıxarılması ilə Koçaryan-Sarkisyan cəbhəsinin zəiflədilməsi əsas məqsədlərdən biridir”.

Əlimusa İbrahimov: İran itirilmiş imkanları geri qaytarmağa çalışacaq

Politoloqun sözlərinə görə, Paşinyanın köməkçisi cəmi üç gün, 12-15 iyul tarixlərində Xankəndidə ezamiyyətdə olacaq və işgüzar görüşlər keçirəcək: “Bu üç günün nəticəsində Paşinyan Arayik Arutyunyanın gələcək taleyi haqqında qərar qəbul etməlidir. Amma hadisələri qabaqlayaraq demək mümkündür ki, yeni baş nazirin köhnə “prezident” haqqında qəbul edəcəyi qərar heç də Arayik üçün sevindirici olmayacaq. Bu haqda Moskvadan yenicə dönən Paşinyanla Araik arasında baş tutmuş söhbət zamanı ona artıq məlumat verilib. Baş nazir səlahiyyətlərini icra edənlə “prezident” arasında söhbətdən təşvişə düşən Araik Arutyunyan yaxın günlərdə növbəti dəfə Moskvaya səfər edəcəyi haqda məlumat verib. Bu səfərin də hansı məsələlərlə əlaqədar ortaya atıldığı artıq heç kimdə şübhə yaratmır. Elə bu yolçuluğun “prezident” statusundakı Araikin Moskvaya son səfəri ola biləcəyi də. Görəsən Moskva bu dəfə Araikin göz yaşlarına inanıb onun vəzifədə qalmasına yardım edəcəkmi? Düşünürəm ki, yox. Çünki Rusiyanın Ermənistanda Paşinyanın qəzəbindən xilas etməyə çalışdığı daha önəmli fiqurlar – Robert Koçaryan, Serj Sarkisyan var.  Arayik Arutyunyan Rusiya üçün bu siyahıdə sonuncu yerlərdən birini tutur”.

Əlimusa İbrahimov əlavə edib ki, Putin-Paşinyan görüşündə Robert Koçaryan və Serj Sarkisyanın hakimiyyətdə təmsil olunması məsələsi ən önəmli müzakirə mövzusu olub: “Paşinyanın Rusiyanın tələbləri qarşısında müqavimət göstərməsi haqda məlumatlar artıq ətrafa yayılmaqdadır. Belə olan halda Arayik Arutyunyanın köməyinə gələcək qüvvənin olub-olmayacağı qaranlıq qalır. İstənilən halda Arayik ümidini itirmək istəmir. Çünki ölən ümidlər onu da özü ilə apara bilər”.

şviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*