Arvadı Makronu NİYƏ VURDU? – Görün nələr deyibbackend

Arvadı Makronu NİYƏ VURDU? - Görün nələr deyib

Fransa Prezidenti Emmanuel Makronun Vyetnama səfəri zamanı həyat yoldaşı Bricit Makronla arasında yaşanan gərgin anlar beynəlxalq medianın diqqətini çəkib. Təyyarədən eniş zamanı lentə alınan görüntülərdə Bricitin prezidentə sərt ifadələr işlətdiyi iddia olunub.

KONKRET.az xəbər verir ki, Britaniyanın “Express” nəşri görüntüləri dodaq oxuma üsulu ilə təhlil edib və Bricitin ərinə “Buradan get, uduzan” dediyini yazıb. Ekspertin fikrincə, cütlük arasındakı dialoq sadəcə ani mübahisə deyil, münasibətlərində dərin çatların əlamətidir. Prezidentin Bricitə yaxınlaşaraq “Mənimlə gəl” işarəsi verdiyi, xanımının isə bu jestə məhəl qoymadığı vurğulanıb.

Makron isə məsələ ilə bağlı açıqlamasında deyib:

“Həyat yoldaşımla aramızda kiçik bir zarafat idi. Bu videonu görən hər kəs fərqli nəzəriyyələr irəli sürdü. Mənə olduqca gülməli gəlir.”

O, yayılan söz-söhbətləri “manipulyativ və pis niyyətli” adlandırıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*