Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev həbsxanada ölmüş müxalifətçi həyat yoldaşının Navalnın ölümündən məyus olmadığını deyib.
Əksinə o, iddia edib ki, Yuliya Navalnaya “çox xoşbəxt görünür”.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Navalnının ölümü və dul arvadının reaksiyasından danışarkən o, bildirib ki, Yuliya çoxdan siyasi həyata atılmaq istəyirdi:
“Navalnının dul arvadının gülərüz, xoşbəxt üzünə baxın! Elə təəssürat yaranır ki, o, uzun illər ərzində siyasi həyatının başlanması üçün bu hadisəni gözləyirmiş. İndi məqsədinə çatıb. Amma bütün bunlar üzücüdür, çox üzücüdür”.
Medvedev həmçinin Qərbdə “Navalnı adına” sanksiya paketlərinin hazırlanması ilə bağlı bəyanatları “təəccüblü” adlandırıb.
Xatirə SADİQ,
KONKRET.az