Arvadını bıçaqlamaqda təqsirləndirilən Anar Bayramovun məhkəmə prosesi yekunlaşıb.
KONKRET.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən proesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 11 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən il iyul ayında baş verib.
İttihama görə, təqsirləndirilən Anar Bayramov sərxoş vəziyyətdə həyat yoldaşı Şəbnəm Həsənova ilə mübahisə edib və ona 21 bıçaq zərbəsi vuraraq ağır xəsarət yetirib. Qadının həyatını xilas etmək mümkün olub.
Anar Bayramova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.