Bakıda qadın bıçaqlanıb.
KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan 1993-cü il təvəllüdlü Rahim Rəhim oğlu Səfərov faktiki nikah münasibətində olduğu Mehriban Ramiz qızı Abbaszadə ilə mübahisə edib.
Mübahisə nəticəsində R.Səfərov həyat yoldaşını ürəyindən bıçaqlayıb. O, Mehriban Abbaszadəni həkimə aparmadan, kirayə yaşadığı həmin mənzildə ona tibbi yardım göstərsə də, bir müddətdən sonra yaralının vəziyyəti pisləşib. O, məcburiyyət qarşısında həyat yoldaşını Sabunçu Tibb Mərkəzinə yerləşdirib.
Rahim Səfərov şübhəli şəxs qismində tutulub.