Arxeoloqlar Çində ən qədim kanalizasiya sistemini tapdılarbackend

Arxeoloqlar Çində ən qədim kanalizasiya sistemini tapdılar

Çində ən qədim şəhər drenaj sistemi arxeoloqlar tərəfindən kəşf edilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Mir24 nəşri yayıb.

Mənbə bildirir ki, bu, qədim Lunşan mədəniyyətinin nümayəndələri tərəfindən inşa edilən və yağış suları üçün nəzərdə tutulan kanalizasiya ola bilər.

Tapıntının Henan əyalətindəki qazıntılar zamanı aşkar edildiyi deyilir. Tapılan sistem, mütəxəssislərin fikrincə, məhv edilən Pinlyan-Tay şəhərinin xarabalıqları arasında qorunub saxlanılıb. Üstəlik, sistemin yaşı dörd min ildir.

Arxeoloqların qeyd etdiyi kimi, bir drenaj sisteminin olması Lunşan xalqının yaxşı bir təşkilata sahib olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, kanalizasiyanın yaşı daha qədim ola bilər.

Xatırladaq ki, eramızdan XII əsr əvvələ aid məbəd İsraildə tapılıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*