“ASAN Xidmət” modelinin Pakistanda da həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirilibbackend

"ASAN Xidmət" modelinin Pakistanda da həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirilib

Azərbaycanın “ASAN Xidmət” modelinə uyğun olaraq Pakistanda da analoji layihənin həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirilib.

KONKRET.az xəbər verir ki, bu barədə sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan  Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə bəhs olunub.

Görüşdə Azərbaycanla Pakistan arasında hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, mövcud siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi, ticari əlaqələrin inkişafına dair müzakirələr aparılıb, hökumət üzvlərinə əlavə tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*