“Namaz qılan meyxanaçıların hamısı bu sənətə pis vərdişlə gəlib. Oğlum olsa, meyxanaçı olmasını istəməzdim. Meyxana avara sənətidir”.
KONKRET.az Baku TV-də istinadla xəbər verir ki, bunu “Arzunun vaxtı” verilişində meyxanaçı Asif Mərdəkanlı deyib.
Bir müddətdir gündəmdə olmayan meyxanaçı bunun səbəbini açıqlayıb: “Məndə üzünə salmaq yoxdur. Ona görə kölgədə qalmışam. Üzlülüyü bacarmıram”.
A. Mərdəkanlı gənc meyxanaçılara dəstək olduğunu, onların tanınmasına şərait yaratdığını dilə gətirərək, hazırda həmin gənc meyxanaçılar tərəfindən yada salınmamasından gileylənib.