Aşıq Əhliman Rəhimov əməliyyat olunub.
KONKRET.az xəbər verir ki, Yenisabah.az-a sənətçinin qızı bu barədə məlumat verib. O, aşığın vəziyyətinin normal olduğunu bildirib:
“Sevənləri nigaran olmasın. Vəziyyəti normaldır, sadəcə hafizə məsələsində problem var. Gələn zənglərə cavab versə də, kim olduğunu başa düşmür”.
Qeyd edək ki, Əhliman Rəhimov hazırda həkim nəzarətindədir.