Türk totemləri arasında boz qurd, canavar əsas yeri tutur. Kimində qartal, kimində ayı, məsələn, Fransada xoruzdur. Farsların totemizmi barədə son aylar iki variant dolaşmaqdadır.
KONKRET.az xəbər verir ki, son vaxtların məşhur fars totemlərindən biri aslan quyruğudur. Onların adıçəkilən totemi hərbi təlim zamanı üzə çıxdı.
✓ Bu totemin mənşəyinə gəlincə, bildiyiniz kimi, aslan, yəni şir İrəvan xanlığının bayrağında əks olunub və qərbi Azərbaycan türklərinin əsas totemlərindən biri sayılır. İran isə xəritədə həmin şirin aşağı, quyruq hissəsinin kölgəsində qaldığı üçün aslanın quyruğu onlar üçün simvolik xarakter daşıyır. Yəni ömür boyu quyruğumuza düşüb dövlət qurmağı, imperiya olmağı, ədəbiyyatı, incəsənəti, dini, tək Tanrını öyrənməyə çalışıblar. Hətta bu quyruq məsələsi onlar üçün o qədər müqəddəsdir ki, məsciddə də şir kamuflajındakı təlxəyin rəqslərinə baxıblar. Bir şey ki, 1977-ci ildə Rasim İsmayılovun “Şir evdən getdi” filmindən iki il sonra (1979) farslar islam respublikasını qurdular. Amma liderləri filmdə şir obrazını canlandıran Yuri Senkeviç yox, Ruhullah Xomeyni oldu.
• Əslində şiəlikdə imam Əliyə Allahın aslanı deyilir. Amma bu molla rejimi həzrəti Əliyə belə ucuz bütpərəst bənzətmələri etməz. Çünki bunu edəcəyi təqdirdə molla rejimini hicabını açanlar yox, elə başı əmmaməlilər devirər. Bir şey ki, əksər savadlı sünnilər də Məhəmməd peyğəmbərdən sonra ən savadlı Quran hafizi kimi imam Əlini qəbul edirlər. Müsəlmanların qeybdən zühurunu gözlədiyi imam Mehdi də həzrəti Əlinin nəslindəndir. Ən azından bu səbəbdən aslanı gülüş hədəfinə çevirməli deyildilər.
– Farsa bel bağlayanda bilməliydiniz ki, dinə quyruq calayacaq.
✓ Hindistanda inək müqəddəs sayılır. Kiminsə ağlına gəlməzdi ki, bu məməli əmmaməlinin totemi olar. Hər halda bu günün Vaşinqton-Tehran siyasi atmacaları belə danışmağa əsas verir. Baydenin “İranı azad edəcəyik” mesajına İbrahim Rəisi “biz Amerikanın sağılan inəyi olmayacağıq” cavabını verib.
Beləliklə, İran çətin seçim qarşısındadır. Çünki bilirlər ki, çox aqressiv olsalar, aslanın quyruğu qapı arasında qalacaq. İnək kimi sağılmaq istəmədikləri təqdirdə isə elə inək kimi şaqqalanacaqlar.
Anar Rəhimov,
KONKRET.az