Aslanın hücumuna məruz qalan iş adamı öldübackend

Aslanın hücumuna məruz qalan iş adamı öldü

59 yaşlı alman iş adamı Bernd Kebbel Namibiya aslanların hücumuna məruz qalıb. 

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, o, həyat yoldaşı və dostları ilə birlikdə Namibiyaya səyahət edib.

Bildirilir ki, onlar çöllük ərazidə düşərgə qurublar. Gecə vaxtı çölə çıxan Kebbel ətrafda dolaşan dişi aslanın hədəfinə çevrilib. Hücum zamanı ağır yaralanan Kebbel boynundan aldığı dişləmə yarasından hadisə yerində dünyasını dəyişib.

Bernd Kebbel, xüsusilə Namibiyadakı səhra aslanlarının qorunması üçün maliyyə töhfələri və ekoloji cəhətdən təmiz layihələri ilə məşhurlaşan iş adamı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*