Aşotyan: “Ermənistan-Azərbaycan danışıqlarının gedişi İlham Əliyev və Ərdoğanın siyasi addımlarından asılıdır”backend

Aşotyan: “Ermənistan-Azərbaycan danışıqlarının gedişi İlham Əliyev və Ərdoğanın siyasi addımlarından asılıdır”

Ermənistan-Azərbaycan danışıqlarının gedişi Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Ərdoğanın siyasi addımlarından, Ermənistanın baş naziri Nikol Paşinyanın isə onlara rəvac verməsindən asılıdır.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan onun cinayət işi üzrə məhkəmə iclasından sonra “Sputnik Ermənistan”a bildirib.

“Bununla bağlı hər hansı proqnoz vermək çətindir”, – Aşotyan bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi layihəsinin razılaşdırılmış 13 bəndinin imzalanmasını təklif edib, üç razılaşdırılmamış məsələni isə sonraya saxlayıb. Lakin Azərbaycan bu təklifi rədd edib. Hazırda tərəflər 11-ci təkliflər paketi üzərində işləyirlər.

İrəvan və Bakı 2022-ci ildə gələcək sülh müqaviləsini müzakirə etməyə başlayıb. Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanla 29,8 və 86,6 min kvadratmetr km. (Qarabağ daxil olmaqla) ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh müqaviləsi bağlamaq barədə razılaşmaya sadiqdir.

Rusiya tərəfi Bakı ilə İrəvan arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.

Amma İrəvan Avropa platformasına daxil olub. Məhz Praqada 2022-ci il oktyabrın 6-da sənəd imzalanıb. Ona əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər və bu sənəd vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır.

Onlar təsdiqləyiblər ki, bu, delimitasiya komissiyalarının işi üçün əsas olacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*