“Gürcüstanda çörək bahalaşmayacaq”.
KONKRET.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Buğda və Un İstehsalçıları Assosiasiyasının direktoru Levan Silaqava bəyan edib.
“Son aylar ölkədə buğdanın qiymətləri ilə bağlı vəziyyət sabitdir. Bizim kifayət qədər böyük ehtiyatlarımız var, çünki buğda və un stabil şəkildə verilir. Yerli məhsul – müəyyən miqdarda gürcü buğdası da var və sabitlik qalır. Vəziyyət belədir. Dünya bazarında da belədir”, – deyə qeyd edib.
Onun sözlərinə görə, Rusiya buğdanın əsas tədarükçüsü olaraq qalır, çünki bütün regionda rus buğdasının qiyməti aşağıdır və məhsulun daşınması asandır.