Astanada “Qardaşlığın kökləri” mövzusunda tədbir keçirildibackend

Astanada "Qardaşlığın kökləri" mövzusunda tədbir keçirildi

Türkiyə Cümhuriyyətinin quruluşunun 100-cü illiyi, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və məşhur qazax yazıçısı Kemel Tokayevin 100 illiyi münasibətilə Astana şəhərində keçirilib.

KONKRET.az xəbər verir ki, konfransda Beynəlxalq Türk Akademiyasının Prezidenti Şahin Mustafayev, Azərbaycanın sabiq Baş naziri və TDT-ın Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, həmçinin qardaş Türkiyə Cümhuriyyətinin Qazaxıstandaki fövqəladə və səlahiyyətli səfiri Mustafa Kapucu çıxış edərək 2023-cü ilin bütün Türk dünyası üçün tarixi əhəmiyyətindən və uğurundan bəhs ediblər.

Konfrans çərçivəsində tanınmış tarixçi alim Afet İnanın qazax dilində nəşr olunmuş “Atatürkü xatırlayaraq” , Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Millətin lideri – parlaq şəxsiyyət Heydər Əliyev” və “Kemel Tokayev: yazıçının həyat yolu” kitablarının təqdimat mərasimi baş tutub.

Tədbirdə ölkəmizin Qazaxıstandaki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, o cümlədən Qazaxıstanın tanınmış dövlət və ictimai xadimləri, diplomatik missiyaların rəhbərləri, tanınmış alimlər və ziyalılar iştirak edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*