Astarada güllələnərək öldürülən şəxsin kimliyi açıqlandı – YENİLƏNİBbackend

Astarada güllələnərək öldürülən şəxsin kimliyi açıqlandı - YENİLƏNİB

İyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967- ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticesində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Astara rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə  əsaslı şübhələr müəyyən edilib.

23:40

Astara sakini gülləllənərək öldürülüb.

KONKRET.az-ın məlumatına görə, rayonun Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətllə yetirib.

Daha sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsindən atəş açıb.

B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*