Astarada 66 yaşlı kişi qətlə yetirildi – 21 yaşlı gənc saxlanıldıbackend

Astarada 66 yaşlı kişi qətlə yetirildi - 21 yaşlı gənc saxlanıldı

Astara rayonunun Suparibağ kəndində qətl hadisəsi baş verib.

KONKRET.az “Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 17-də, saat 20:00 radələrində törədilib.

Suparibağ kəndinin ərazisində 1959-cu il təvəllüdlü Məmmədov İsgəndər Şıxəli oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliyev Vüsal Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin şəxsi münasibətlər zəmnində törədildiyi  bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*