Astarada ağır qəza – Ölən varbackend

Astarada ağır qəza - Ölən var

Astarada yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Astara rayonunun Təngərüd kəndi ərazisində qeydə alınıb.

Astara sakini 1992-ci il təvəllüdlü Cəsarət Əliyevin idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsi, rayon sakini 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi “Mercedes-190” markalı maşınla toqquşub.

Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. “Niva”nın sürücüsü və maşında olan Astara sakini 1991-ci il təvəllüdlü Fail Qüdrətov xəsarətlə Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

Müayinədən sonra onlar Lənkəran rayon mərkəzi xəstəxanasına təxliyə edilib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*