Astarada avtomobil ata və oğlunu vurdubackend

Astarada avtomobil ata və oğlunu vurdu

Astarada avtomobil ata və azyaşlı oğlunu vurub.

KONKERT.az xəbər verir ki, hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Kijəbə qəsəbə ərazisində 1986-cı il təvəllüdlü Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovu və oğlu 2022-ci il təvəllüdlü Z.F vurub.

Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti ağır olan azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travmasıbaşın açıq yarası, , koma, ataya isə burun nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar.

Azyaşlının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*