Astarada meşədə YANĞIN – FOTObackend

Astarada meşədə YANĞIN - FOTO

Bu gün Astara rayonu, Kijəbə qəsəbəsinin yaxınlığında meşə zolağında yanğın hadisəsi baş verib.

KONKRET.az FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsi və daha böyük sahəyə yayılmasının qarşısı alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları da cəlb olunaraq qısa müddətdə söndürülən yanğın nəticəsində, təqribən, 2 hektar sahədə kol-kos və quru ot yanıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*