Ata 4 yaşlı qızını üç metrlik timsahın əlindən aldı – VİDEObackend

Ata 4 yaşlı qızını üç metrlik timsahın əlindən aldı – VİDEO

ABŞ-ın Texas ştatının Liq şəhərində bir nəfər möcüzə ilə kiçik qızını üç metrlik timsahın hücumundan xilas edib.

KONKRET.az xəbər verir ki, bu barədə KPRC 2 telekanalı məlumat yayıb.

Şəhər sakini Endryu Grand evinin bağçasında olarkən görüb ki, timsah həyətdəki kanalın yanında oynayan qızına tərəf gedir.

Grand 4 yaşlı qızının yanına qaçaraq onu tutub. Bu zaman isə timsah onlardan on metr aralıda olub.

Bundan sonra o, timsah mütəxəssisini əraziyə çağırıb. Yırtıcı tutularaq Bomont şəhərindəki Vəhşi Təbiət Mərkəzinə göndərilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*