Ata azyaşlı oğlunu avtomobillə vurub öldürdübackend

Ata azyaşlı oğlunu avtomobillə vurub öldürdü

Ağcabədi rayonunda azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, 32 yaşlı Etibar Zalış oğlu Vəliyev idarə etdiyi VAZ 2106 maşını idarə edərkən yoldan çıxıb və avtomobil aşıb. Nəticədə sürücünün 2017-ci il təvəllüdlü oğlu Vəliyev Zalış Etibar oğlu həyatını itirib.

Xəstəxanaya gələn kənd sakinlərinin dediklərinə görə, sürücü Etibar Vəliyev qəzanı törətməmişdən əvvəl içki məclisində olub və içkili halda avtomobili idarə edib.

Faktla bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*