Atalar qızlarıyla balet oynadılar, videosu bütün dünyaya yayıldıbackend

Atalar qızlarıyla balet oynadılar, videosu bütün dünyaya yayıldı

ABŞ məktəblərinin birində atalarla qızlarının birlikdə balet oynadığı video bütün dünyada populyarlaşıb.

Pensilvaniyanın Filadelfiya şəhərində çəkilmiş bu video Eshappe Dans və Sənət Məktəbinin yaradıcısı Erin Lee tərəfindən sosial mediada paylaşılıb.

Dünya miqyasında paylaşılan və məşhurların da bəyəndiyi video yüzminlərlə dəfə izlənib.

Atalarla bağlı ənənəvi təsəvvürləri dağıtmağı xoşladığını deyən Erin Lee BBC-yə açıqlamasında bildirib ki, “Onların bu işə bu dərəcədə həvəs göstərmələri xoşuma gəlir”.

Məktəbə əsasən Afrika əsilli amerikalıların gəldiyini qeyd edən Lee ataların, adətən, ön mühakiməylə qarşılaşdıqlarını söyləyib:

“Onlara baxanda çox yaxşı ata olacaqlarını düşünmürsünüz. Amma bu, doğru yanaşma deyil. İnsanların fikirlərini dəyişmək üçün bu platformadan istifadə etməmiz çox yaxşıdır”.

Lee qeyd edib ki, qızları məktəbə atalarının aparıb-gətirməsi və onların rəqs həyatında önəmli rol oynamaları bu ideyanın yaranmasına səbəb olub:

“İki il əvvəl “Rəqsə qoşulmaq fikrinə nə deyirsiz?” soruşduq, razı olmadılar. Onları buna inandırmaq çətin oldu. Amma indi çox həvəslidirlər. Halbuki o tip adamların belə bir layihədə yer alacaqları inandırıcı deyildi”.

Lee deyib ki, balaca qızlar atalarının yanında “liderlik rolunu öz üzərlərinə götürürlər, çünki təbii olaraq bu sahədə onların bildiklərindən daha çox şey bilirlər və atalarına rəqs öyrətmək onları çox həyəcanlandırır. Onlara ayaqlarını, dizlərini necə bükmək lazım gəldiyini başa salırlar və bu vaxt çox şənlənirlər”.

“Bunu qızımı dəstəkləmək üçün etdim”

Ata-qız rəqsi məktəbdə bir ay davam edən ictimai fəaliyyətin tərkib hissəsidir.

Atalardan biri “Good Morning, America” (“Sabahın xeyir, Amerika”) adlı televiziya proqramına müsahibəsində bunları deyib:

“Qızıma yaşamaq və yeni şeylər öyrənmək məcburiyyətində olduğunu aşılayıram. Mənim üçün tərəddüd yaradacaq bir vəziyyət deyildi. Qızım üçün orada olmaq və birgə rəqsimizlə onu dəstəkləmək istədim”.

 

View this post on Instagram

Awesome BOGA today dance dads!!!!

A post shared by Echappe Dance Arts, LLC (@echappedancearts) on

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*