“Atəşkəs qısa olacaq, müharibə daha iki ay davam edəcək” – Yoav Gallantbackend

"Atəşkəs qısa olacaq, müharibə daha iki ay davam edəcək" - Yoav Gallant

İsrailin müdafiə naziri Yoav Gallant hərbçilərlə görüşü zamanı Qəzza zolağında hərbi əməliyyatlarda fasilənin qısa olacağını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

Onun sözlərinə görə, girovlar azad edildikdən sonra İsrail Müdafiə Qüvvələri intensiv hərbi əməliyyatları bərpa edəcək və bu əməliyyatlar daha iki ay davam edəcək.

“İntensiv döyüşlər davam edəcək. Ən azı iki ay daha döyüş gözlənilir”, – nazir deyib. O, həmçinin bildirib ki, qalan girovların qaytarılması üçün müharibənin davam etdirilməsi zəruridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*