ATƏT-in Minsk qrupu bu tarixdə ləğv edilə bilərbackend

ATƏT-in Minsk qrupu bu tarixdə ləğv edilə bilər

ATƏT-in Minsk qrupu sentyabrın 1-də ləğv edilə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Diqqətə çatdırılıb ki, 11 avqustda Ermənistan və Azərbaycan tərəfindən birgə müraciət alındıqdan sonra, ATƏT-in 2025-ci il sədri olan Finlandiya Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanması üçün iştirakçı dövlətlərlə müzakirələrə rəhbərlik edir.

“Bunun üçün bütün 57 iştirakçı dövlətin konsensusu ilə qəbul edilən Nazirlər Şurasının qərarı tələb olunur.

25 avqustda keçirilmiş Xüsusi Daimi Şura iclasından sonra Minsk prosesinin və ona bağlı strukturların bağlanması barədə Nazirlər Şurasının qərar layihəsi iştirakçı dövlətlərə təqdim edildi və 1 sentyabra qədər sakit prosedur vasitəsilə təsdiqlənməsi üçün göndərildi. Bu prosedur heç bir iştirakçı dövlət etiraz etmədiyi halda həmin tarixdə qərarın qəbul edilməsinə imkan verir.

Katiblik bu müzakirələrin hər hansı müvafiq nəticəsini icra etməyə hazırdır”, – qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*