ATƏT 8 avqustda Vaşinqtonda imzalanmış Birgə Bəyanatı yüksək qiymətləndirib, Ermənistan və Azərbaycanı bu nailiyyət münasibətilə təbrik edib və ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.
“ATƏT hər iki ölkədə davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş bütün səylərə sadiq qalır”, – qurumun baş katibi Feridun Sinirlioğlu bəyan edib.
KONKRET.az xəbər verir ki, üçtərəfli görüşün yekununda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-ə müraciət edərək Minsk qrupu çərçivəsindəki proseslərin və əlaqədar strukturların bağlanmasını rəsmən bəyan ediblər.
Baş katib əlavə edib ki, ATƏT 8 avqust Birgə Bəyanatının icrası ilə bağlı öz vəzifəsini yerinə yetirməyə hazırdır.
Natiq Səlim,
KONKRET.az