Aviaşirkətlər dünyada 5,7 minə yaxın uçuşu ləğv etdilərbackend

Aviaşirkətlər dünyada 5,7 minə yaxın uçuşu ləğv etdilər

Dünya aviaşirkətləri işçilərin koronavirusun omikron ştammına yoluxma hallarının artması fonunda Milad bayramı günlərində 5,7 minə yaxın uçuşu ləğv edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə “CNN” telakanalı xəbər yayıb.

Məlumata əsasən, ABŞ-da 24,25 və 26 dekabr tarixləri üçün aviaşirkətlər uçuşlarının sayını 1,7 min azaldıblar.

Bildirilir ki, ləğv edilən uçuşlar həm daxili, həm də beynəlxalq reyslərə şamil edilir.

Qeyd edilir ki, yoluxmaların artmasına baxmayaraq milyonlarla insanın hələ də səyahət etməsi aviaşirkətlərə çətinlik yaradır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*