Avqust ayı enerjili başlanğıcı və dolunay təsiri ilə bir sıra bürclərə uğur, sevgi və maddi bolluq vəd edir. Ulduzların düzülüşü bəzi bürcləri xüsusilə ön plana çıxarır.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, astroloqlar bu ayın ən şanslı bürcləri kimi aşağıdakıları göstərir:
Şir – Avqust ayı öz bürcündə doğulan Şirlər üçün adətən güclü enerjilər gətirir. Özlərini ifadə etmək, diqqət çəkmək və yeni başlanğıclar üçün ideal bir dövrdədirlər. Sevgi münasibətlərində də parlayan tərəf olacaqlar.
Qız – Ayın ikinci yarısından etibarən Qız bürcündə doğulanlar üçün fürsətlər qapılarını döyəcək. İş həyatında irəliləyiş, yeni layihələrdə uğur və uzun müddətdir gözlənilən maliyyə xəbərləri bu bürcü sevindirə bilər.
Əqrəb – Duyğusal və intuitiv Əqrəblər üçün avqust ayı daxili güclərinin artdığı və qərar verməkdə daha qətiyyətli olduqları bir dövrdür. Gözlənilməz yerlərdən gələn şanslar və dəstəklərlə yüksəliş yaşayacaqlar.
Dolça – Yaradıcı ideyaların və sosial dairənin genişlənəcəyi bir ay Dolçaları gözləyir. Avqust, onların karyera və şəxsi inkişaf planlarını reallaşdırmaq üçün güclü zamandır.
Şans sizdən yana olsun!