Avqust ayı bəzi bürclər üçün xüsusi şans, sevgi və bolluq vəd edir. Ulduzların düzülüşünə əsasən, bu ay əsasən 3 bürc nümayəndəsi üçün həyatlarında yeni və sevindirici dönəmlər başlaya bilər.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, istər karyera, istər münasibətlər, istərsə də şəxsi inkişaf baxımından bu bürcləri xoş sürprizlər gözləyir.
Qız
Avqustun son günlərində Günəş Qız bürcünə keçdiyindən bu bürc üçün güclü bir enerji axını başlayır. Planlarını həyata keçirmək, sağlamlıq və intizamla bağlı müsbət dəyişikliklər etmək üçün əla zamandır. Eyni zamanda, şəxsi həyatında da mühüm addımlar ata bilər – yeni bir sevgi münasibəti və ya uzun müddətdir gözlənilən emosional sabitlik mümkündür.
Əqrəb
Əqrəblər üçün Avqust ayı emosional yüksəliş və daxili güc ayıdır. Marsın dəstəyi ilə bu bürc altında doğulan insanlar özlərini daha enerjili və məqsədli hiss edəcəklər. Yeni iş təklifləri, maliyyə imkanları və hətta uzunmüddətli yatırımlar üçün uğurlu vaxtdır. Həm də gizli istedadlar önə çıxa bilər.
Şir
Ad günü ayı olan Şirlər üçün avqust təbii olaraq parlaq və uğurlu keçir. Şəxsi həyatlarında diqqət mərkəzində olacaqlar, yeni dostluqlar və romantik münasibətlər qurula bilər. İstədikləri layihələrdə liderlik rolunu asanlıqla ələ alacaqlar. Avqust, onların özlərini ifadə etməsi və arzularını reallaşdırması üçün mükəmməl aydır.
Oğlaq və Dolça
Bu bürclər üçün də avqustun ikinci yarısı sürprizlərlə dolu ola bilər. Uzun müddətdir üzərində çalışdıqları işlərin nəticəsini alma ehtimalı artacaq.